27 C
Baku
Saturday, July 27, 2024

“İnternational” BOKT yeni səhm buraxıb, kapitalını üçqat artırır

BOKT “İnternational” QSC səhm kapitalının artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd yeni səhm emissiya edib.

Banker.az bildirir ki, bu da cəmi olaraq 2 milyon manat olacaq.

Hazırda “İnternational” BOKT-un nizamnamə kapitalı 1 milyon manat təşkil etdiyindən, əlavə 2 milyon manatın artımı ilə nizamnamə kapitalı 3 mln. manata çatacaq.

Qeyd edək ki, BOKT 2013-cü ildə yaradılıb və kapitalın yeganə payçısı Rifat Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər