10 C
Baku
Friday, December 13, 2024

İnternet Marketinq Meneceri (LiderForex)

TƏLƏBLƏR:

• Namizədin onlayn kampaniyaları layihələşdirmək, hazırlamaq və təmin etməkdə, eləcə də onların nəticələrini təhlil etmək və qiymətləndirmək üzrə ən az  2 il iş təcrübəsi olmalıdır.
• Namizədin qlobal, milli və regional onlayn reklam kanalları ilə (Google, ETARGET, Httpool …) əvvəllər qazanılmış bilik və təcrübəsi olmalıdır.
•  AdWords sistemi üzrə yaxşı bilik və təcrübə tələb olunur.
• Google Analytics sistemi barədə mükəmməl bilik və məlumatları təhlil etmək təcrübəsi və hesabatlar hazırlamaq tələb olunur
• Namizədin qabaqcıl SEO (Search Engine Optimazation) biliyi olmalıdır və bu bacarıqları yerinə yetirmək üzrə əvvəllər əldə edilmiş təcrübəsi olmalıdır.
• Namizədin sosial marketinq sahəsində bilik və təcrübəsi olmalıdır.
• Namizədin kodlaşdırma üzrə təməl biliyi, eləcə də digərləri arasında CMS, WordPress ilə tanışlığı olmalıdır.
• Oflayn reklam işləri üzrə bilik və/və ya təcrübə
• Mükəmməl İngilis dili

İş şərtləri və şəraiti:

1. Ofis daxili iş rejimi
2. 5 günlük iş həftəsi
3. Yüksək əmək haqqı və sosial paket

İş yeri:

C. Cabbarlı küç. 44, Caspian Plaza, Bakı

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Internet Marketinq Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Şirkət haqqında ətraflı məlumat əldə etmək üçün bura daxil olun . www.liderforex.com

Son xəbərlər
Digər xəbərlər