6 C
Baku
Saturday, December 14, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Amerikada Korona yardım qanununun prezident tərəfindən imzalanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Bunun səbəbi risk iştahının artmasıdır. Beləliklə, 1.22$-ın üzərində ticarət edilən EURUSD məzənnəsi də 1.23$-a kimi bahalaşa bilər. 

Bununla yanaşı, cari həftə ərzində Milad bayramı ilə əlaqədar dünya birjalarında ticarət aktivliyi azalacaqdır. 

GBP. 

Breksit ticarət sazişinin imzalanmasından sonra avro ilə yanaşı, funtun qiymətində də bahalaşma müşahidə edilir. 1.36$-ın qırılması ilə GBPUSD məzənnəsində də 1.37$-a kimi bahalaşma proqnozlaşdırılır. 

TRY. 

TCMB-nin faizini proqnozlaşdırılandan daha yüksəyə qaldırması, lirədə bahalaşma proqnozlarını gücləndirmişdir. Təhlillərə əsasən, USDTRY məzənnəsi 7.54TL-nin qırılması ilə 7.32TL-yə kimi ucuzlaşa bilər. 

Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da mərkəzi bankın pul siyasəti protokolunun da dərci investorların diqqət mərkəzindədir. 

OIL. 

Dünya enerji bazarlarında neft hasilatının artması ilə yanaşı, tələbin də artacağı proqnozları Brent neftinin 53$-a kimi dəyər qazanmasını ehtimal etməyə əsaslar yaradır. Bunun üçün treyderlər 51.60$-ın qırılmasını gözləyirlər. 

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Qlobal iqtisadi risklərin azalması ehtimalları qızılın qiymətində 1900$-ın (61.1 $/qram) qırılmasını çətinləşdirə bilər. Lakin digər tərəfdən dollarda ucuzlaşma sürətlənərsə, qızılın dəstək görməsi də mümkündür. 1900$ qırılarsa, bir unsiya üzrə qiymət 1942$-a (62.4 $/qram) kimi dəyər qazana bilər. 

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər