İnvestisiya şirkətinin vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankının keçirdiyi yoxlama nəticəsində “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi cərimələnib.

Səbəb kimi müştəri uyğunluğu tədbirlərinə tam riayət olunmaması göstərilib.

Beləliklə, AMB-nin keçirdiyi yoxlama çərçivəsində, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən, şirkətin vəzifəli şəxsinə on min manat cərimə tətbiq edilib.

İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsini və ya tam tətbiq edilməməsini əhatə edir. 598.1.5-ci maddəsi isə maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslərlə bağlı tələblərə tam əməl edilməməsi hallarını nəzərdə tutur.

Sözügedən çatışmazlığın şirkətin fəaliyyəti və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər