9 C
Baku
Friday, December 13, 2024

İnvestorlar 4,8 mln. manatlıq dövlət istiqrazı alıb

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, AZ0102005516 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25,2 mln. manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 4,8 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96,2368 (gəlirlilik 7,9071%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 21 yanvar 2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər