BOKT “Vijn Fond AzərKredit” MMC İnzibati işlər üzrə mütəxəssis (Cəlilabad filialı) vəzifəsinə işçi qəbulunu elan edir.
İş yeri VF AzərKredit təşkilatının Cəlilabad filialında olacaq.
Əsas vəzifə və öhdəlikləri:
- Telefon və faks vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirmək;
- Müştəriləri filialda qarşılamaq və lazımi məlumat vermək;
- İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlamaq;
- Müştəri məlumatlarını toplamaq və sənədlərinin qovluqlarda saxlanılmasını təmin etmək;
- Ofis təchizatını idarə etmək;
- Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil dərəcəsi;
- Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
- Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək, məlumat bazası ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
- Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ni və ya VF AzərKredit-in iş üçün anket formasını dolduraraq 25 yanvar 2018-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘İnzibati işlər üzrə mütəxəssis (Cəlilabad filialı)’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected] Fax: (+994 12) 597 30 39 www.azercredit.az