İordaniyada nazirlər hökumətdə gözlənilən dəyişiklikdən öncə istefa veriblər.
Bu barədə İordaniyanın “Al-Mamlaka” dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, nazirlər istefalarını Baş nazir Bişr əl-Hasanveyə təqdim ediblər.
Gözlənilən dəyişikliklərin hansı nazirlikləri ehtiva edəcəyi və zamanı ilə bağlı məlumat verilməyib.
Bu, ötən ilin oktyabrında qurulan Hasanve hökumətində dördüncü dəyişiklik olacaq.