10 C
Baku
Friday, December 13, 2024

iOS-lu qalstuk yaradıldı

Dizaynerlər öz fantaziyaları ilə digərlərindən fərqlənmək və onu dünyaca məşhur Apple brendi ilə əlaqələndirmək üçün daha nələr etmirlər. Məsələn, yaradıcı şəxsiyyət olan Tomislav Zvonarik özünün “ağıllı” qalstuk konseptini ictimaiyyətə təqdim etdi. Dizaynerin iddialarına görə, elektron aksessuar özünün ənənəvi varinatından daha böyük imkanlara sahibdir.

itie-umnyj-galstuk-pod-upravleniem-ios-koncept

Məsələn, iTie qalstuku öz rəngini dəyişə bilər. Bunun üçün yalnız bir düyməni basmaq kifayətdir. Bundan əlavə, qalstukda quraşdırlmış kamera ilə Skype vasitəsilə ünsiyyət qurmaq mümkündür. Hətta onunla sosial şəbəkələrdən də istifadə etmək olar. Ekran kimi isə qalstukun aşağı hissəsindən istifadə edilir. Burada əməliyyat sistemi olaraq isə iOS-dan istifadə edilib.

itie-umnyj-galstuk-pod-upravleniem-ios-koncept-1

Bütün mikrosxemlər və lazımi detallar iTie-ın içərisində gizlədilib. İlk baxışdan bu “ağıllı” qalstuk elə də diqqət çəkmir və hətta görünməz belə qalır. Bu qalstukun öz “əcdad”-larından ən üstün cəhəti isə odur ki, onu yumaq və ütüləmək lazım deyil.

Son xəbərlər
Digər xəbərlər