“IHS Markit” şirkətinin analitikləri, iPhone 8 və iPhone 8 Plus modellərinin “Apple”a hansı qiymətə başa gəldiyini hesablayıblar.
Mütəxəssislərin hesablamalarına əsasən 64 GB daxili yaddaşa sahib iPhone 8-ə görə şirkət, 247.51$ ödəyir. Bu göstərici, keçən ilki iPhone 7-nin yığılmasından 10$ bahadır. iPhone 8 Plus modeli daha baha başa gəir. Belə ki, böyük ekrana sahib bu modelin yığılması üçün şirkət, 288.08$ ödəyir.
Keçən ilki model ilə müqayisə edərkən görmək olar ki, iPhone 7 Plus, 270.88$-a başa gəlirdi. Detallara və yığılmaya xərclənən vəsaitin qalxması nəticəsində iPhone 8 ilə iPhone 8 Plus modellərinin pərakəndə satış qiymətləri də qalxıb. Keçən ilki iPhone 7 və iPhone 7 Plus modelləri ilə müqayisədə yeni smartfonlar, 50$ baha qiymətə satılırlar. “IHS Markit” şirkətinin mütəxəssisinin sözlərinə əsasən yeni modellərin qiymətləri, kamera, prosessor və daxili yaddaş özəllikləri səbəbilə qalxıb.
Belə ki, 32 GB-lıq daxili yaddaşdan 64 GB-lıq daxili yaddaşa keçmək, “Apple”a 6$ qiymətinə başa gəlir. Yeni nəsil A11 Bionic prosessorları isə, keçmiş modeldən 5$ bahadır. Bununla yanaşı iPhone-nun pərakəndə satış qiyməti təkcə maya dəyəri sayəsində formalaşmır. “Apple”, tədqiqatlara, dizayna, marketinqə, müxtəlif icazələrə və hökümətlərdən sertifikatlara xərclənən böyük vəsaitləri də nəzərə alır.