Proqramçı Tommi Misk iPhone və iPad istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinin mümkün olduğunu bildirir. Mütəxəssisin fikrincə, fırıldaqçılar bunu mübadilə buferi vasitəsilə həyata keçirə bilərlər.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Məlumat sızması bu qaydada həyata keçirilir: istifadəçi fotoşəkili kopyaladıqdan sonra həmin şəkil və onun xüsusiyyətlərində saxlanınan bütün məlumatlar mübadilə buferinə düşür. Məsələn, GPS koordinatları haqqında məlumatlar. Buferə düşən bütün məlumatlar isə istənilən zərərli proqramlar tərəfindən istifadə edilə bilər.
Proqramçı əlavə olaraq qeyd edir ki, məlumat sızması iPhone və iPad sahibləri üçün tamamilə görünməzdir. “Apple” şirkəti aşkarlanan problemin aradan qaldırılmasında zərurət görmədiyini bildirib.