4 C
Baku
Thursday, February 22, 2024

İpoteka istiqrazları üzrə ödənişlər nəzərdə tutulur

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2052008680 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 2 dekabr 2022-ci il tarixində AZ2052008680 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 2 dekabr 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 907.46 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 907.46 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2052008680 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazların baza qiymətinin 907.46 manat olması nəzərə alınmalıdır.

Son xəbərlər
Digər xəbərlər