“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından Banker.az-a bildiriblər ki, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”ndan daxil olan məlumata əsasən, sentyabrın 28-də AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, sentyabrın 28-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 899.96 AZN təşkil edir.
Növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 899.96 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 899.96 AZN olması nəzərə alınmalıdır.