28 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2066008684 ISIN-li, 30,000,000 manat həcmində, tədavül müddətli 9000 gün (8986 qalıq) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 1 investor tərəfindən 1,001.1666 manat (3%) qiymətindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,001.1666 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 5 iyun 2047-ci ildir. Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.