26 C
Baku
Friday, April 19, 2024

İpoteka kreditlərinə büdcədən 266 milyon ayrılıb

İpoteka kreditləşməsinə başlanmasından ötən 9 il ərzində 181 milyon manat güzəştli, 488 milyon manat adi ipoteka krediti verilib.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, 2015-ci ildə 4685 ədəd güzəştli ipoteka krediti verilib. Bu rəqəm 2014-cü ildə 3521 ədəd təşkil edib.

Ötən il ərzindən ən çox kredit verən müvəkkil kredit təşkilatı “AG Bank” ASC olub. Kreditlərin çoxu Bakı şəhəri üzrə təqdim edilib. İkinic yerdə Sumqayıt qərarlaşıb. Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, Xətai rayonu 22,5 faizlə öndə olub.  İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün 266 milyon manat vəsait dövlət büdcəsindən, 390 milyon manat vəsait qiymətli kağızlardan cəlb edilib. Borcalanlarının aylıq gəlirlərinə görə pay bölgüsü də diqqət çəkir. İpoteka Fondunun statistikası göstərir ki, kredit ala bilənlərin 37,4 faizinin gəliri 1100 manat təşkil edir. 20,7 faizinin aylıq gəliri isə 700-900 manatdır. Güzəştli kateqoriyaya aid borcalanların 78,3 faizi hərbi qulluqçular olub. İpoteka alanların 8,2 faizi məcburi köçkünlər, 9,4 faizi dövlət qulluqçuları, 2 faizi elmlər namizədidir. Kreditdən daha çox 18-29 yaş arası vətəndaşlar yararlanıb.

Publika.az

Son xəbərlər
Digər xəbərlər