-1 C
Baku
Sunday, December 15, 2024

İpoteka kreditlərinin verilməsinə hazırlıq görülür

Aprelin 24-də BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

 Hhərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,8417 qiyməti ilə  satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

 İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Mərkəzi Bank iştirak edəcək.

 Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir. Bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3%-dir.

 Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

 Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılıb. Hərraca bu günədək 8 000 000 AZN həcmində istiqraz yerləşdirilib.

Publika.az

Son xəbərlər
Digər xəbərlər