Bank “BTB” ASC Satışlar departamenti, İpoteka şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İpoteka şöbəsinin Aparıcı mütəxəssisi
İş barədə məlumat:
• İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirir;
• Verilmiş ipoteka kreditlərinin Azərbaycan İpoteka Fondu ASC tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;
• Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;
• İpoteka müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında (EİS) hesabatlar hazırlayır;
• İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;
• Əlaqəli qurumlarla iş.
Namizədə tələblər:
• Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• İpoteka kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Analitik təhlil qabiliyyəti;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.11.2016- cı il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İpoteka şöbəsinin Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.