8 C
Baku
Friday, December 13, 2024

İpoteka üzünə həsrət rayonlar

Hesab olunur ki, ipoteka kreditləri ilə bağlı şərtlərin sadələşdirildiyi və verilən məbləğlərin artırılması zamanı rayonlarda da bu növ kreditlərin verilməsi xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycanda artıq 6 ildir ipoteka kreditlərinin verilməsinə başlanılsa da, bu kreditlər hesabına mənzil sahibi olanların sayının çox olmadığı da danılmaz həqiqtədir. Buna əsas səbəb isə ipoteka məqsədilə ayrılan kreditlərn miqdarının azlığı, şərtlərinin isə o qədər də sadə olmamasıdır.Digər bir çatışmazlıq isə ipoteka kreditlərinin əsas etibarı ilə Bakını əhatə etməsidir. Paytaxtla müqayisədə regionlara çox az ipoteka krediti verilir. Elə rayonlar ki, orada ümumiyyətlə, ipoteka krediti verilməyib. Məlumat üçün bildirək ki, ipoteka kreditləşməsi başlanandan keçən 8 il ərzində ölkənin 43 bölgəsinin sakinlərinə ümumilikdə 15 mindən artıq ipoteka krediti verilib.

Fondun bu ilin 2-ci rübünün nəticələrinə əsasən açıqladığı statistikada bildirilir ki, kreditlərin böyük hissəsi – 10 mindən çoxu Bakı şəhərinin payına düşür. Sumqayıtda 1200-dən artıq, Abşeron rayonu və Gəncə şəhərində isə 500-ə qədər ipoteka kredit verilib. Qalan şəhər və rayonlarda verilən ipoteka kreditlərinin sayı 50-ni keçmir. Bununla yanaşı, ölkənin bəzi rayonlarında ümumiyyətlə indiyədək ipoteka krediti verilməyib. Bunların bir hissəsi işğal altında olan rayonlar, qalan hissəsi isə digər rayonlardır. İndiyədək ipotek krediti verilməyən rayonlar bunlardır; Gədəbəy , Hacıqabul, Xızı, Kürdəmir, Qəbələ, Qobustan, Qusar, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Tərtər, Zərdab. Halbuki, rayonlarda ipoteka verlişinin yüksək həddə olması burada məskunlaşmanın daha sürətlə getməsini təmin etmək iqtidarındadır. Hər halda bu məsələyə xüsusi diqqət yterilməsi vajib sayılır. Hesab olunur ki, ipoteka kreditləri ilə bağlı şərtlərin sadələşdirildiyi və verilən məbləğlərin artırılması zamanı rayonlarda da bu növ kreditlərin verilməsi xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Xatırladaq ki, ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdirilməsinı nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək istiqamətində çalışacaqlar.
Belə hesab olunur ki, ipoteka şərtlərinin sadələşdirilməs ilə yanaşı, verilən məbləğin həcminin artırılması da çox vacibdir. İqtisadi və Sosial araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov da müvafiq dəyişikliklərin yaxın zaman üçün gözlənilən olduğunu bildirir: “Tezliklə ipoteka şərtlərinin yumşaldılması ilə bağlı qərar qəbul edilməsi gözləniləndir. Çünki nəzərə almaq lazımdır ki, məhz ipoteka şərtlərinin yumşaldılması ilə bağlı ikitərəfli razılaşma, həm Həmkarlar İttifaqı, həm Sahibkarlar Konfederasiyası ilə hökümət arasında bağlanmış anlaşmada nəzərdə tutulan amillərdən biridir.

İpoteka şərtlərinin yumşaldılması üçün nəzərdə tutulan dəyişikliklərdə xüsusi ilə də gənc ailələrin ipoteka proqramından istifadə etməsi üçün daha çox kreditləşmə və daha yüngül şərtlərlə kreditin təklif edilməsi nəzərdə tutulur. Nəzərdə tutulan amillərdən biri ipoteka kreditlərinin təkcə gənc ailələrə deyil, eyni zamanda subay vətəndaşlar üçün də tətbiq olunmasıdır. Çünki bu gün subay gənclərin bir qisminin ailə qura bilməməsinin səbəblərindən biri kimi onların mənzil probleminin olması göstərilir. Eyni zamanda ipoteka üçün tələb olunan kredit faizinin yüksək olması mühüm problemlərdən biridir. 8% yüksək göstəricidir. O baxımdan faizin daha əlverişli miqdara endirilməsi məqsədəuyğun olardı. Eyni zamanda ilkin ödənişin aradan qaldırılması da aztəminatlı ailələrin mənzil sahibi olmalarını təmin edəcək.

Yubanmanın digər səbəbi ipoteka kreditinin ümumi məbləği ilə bağlıdır və bu sahədə də xərclərin artırılmasına ehtiyac var ki, sosial ipoteka şərtləri üzrə maksimum məbləğin artırılması və faiz dərəcələrinin aşağı salınmasına baxmaq reallaşsın”.

Son xəbərlər
Digər xəbərlər