-3 C
Baku
Sunday, December 15, 2024

İpoteka və Kredit Zəmanət Fondu mənzilləri almaq və satmaq öhdəliyi ilə kirayəyə verəcək

Ölkə rəhbərliyi vətəndaşların mənzillə təmin okunması üçün müxtəlif əlverişli üsulları təklif edir. Dövlət başçısı İpoteka və Kredit Zəmanət Fondundan vətəndaşların mülkiyyətinə keçmək şərtilə kreditlə mənzil almaq haqda fərman verib.

İqtisadçı ekspert Rəşad Əliyev fərmanla bağlı öz fikirlərini Facebook profilində izləyiciləri ilə bölüşüb. Ekspert fərmanda qeyd olunan məqamlara və digər sual doğuran məsələlərə aydınlıq gətirib. İqtisadiyyat.az iqtisadçı ekspert Rəşad Əliyevin sözü gedən paylaşımını oxucularına təqdim edir.

“Prezidentin fərmanına əsasən bundan sonra İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verəcək. Mexanizmə əsasən Fond onun kənardan aldığı və ya mülkiyyətində olan yaşayış təyinatlı daşınmaz əmlakları vətəndaşlara sonradan onların mülkiyyətinə keçmək şərtilə 3 ildən 25 ilədək müddətə kirayəyə verəcək.Bu əmlaklar Fond tərəfindən onun kapitalı və emissiya etdiyi istiqrazlardan əldə etdiyi vəsaitlər hesabına alınacaq. Bunun üçün kirayəçi olmaq istəyən şəxs qabaqcadan 12 aylıq kirayə haqqını ödəməlidir. Əlavə detalların üstündə dayanmaq istəməzdim, ancaq düşündürən başqa məsələdir. Fond tərəfindən satın alınan əmlaklar haradan alınacaq? Yəni fond alış üçün bazara çıxacaqmı? Çünki belə olan halda bu bazara intervensiya xarakteri daşıyacaq və alışların həcmindən asılı olaraq bu bazara hər hansısa formada təsir edə bilər. Hələ ki belə gözlənti yoxdur. Çünki Fondun işi artıq 2 cəbhəyə bölünür: ipoteka kreditləşməsi və yeni kirayə sistemi. Yəni belə olan halda ipoteka kreditləşməsi sahəsində dinamikliyi saxlamaq üçün Fond maliyyə resurslarını artırmalıdır ki, artıq yeni sahəyədə pul ayırsın. Buna görədə bir çox detallara hələ aydınlıq gətirilməlidir.”

Son xəbərlər
Digər xəbərlər