13 C
Baku
Friday, May 17, 2024

İqtisadçı Nassim Taleb NFT bazarının qaçılmaz çöküşünü proqnozlaşdırdı

İqtisadçı Nassim Taleb, “Qara qu quşu” əsərinin müəllifi hesab edir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətinin sərtləşməsi səbəbindən NFT bazarında çöküş baş verəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əlavə, Taleb bitkoini tənqid edərək sahib olduğu rəqəmsal aktivləri satacağına söz verib.

Tanınmış iqtisadçı qeyd edib ki, “Twitter” sosial şəbəkəsinin yaradıcısı Cek Dorsinin ilk tvitinin NFT-si indi nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.

2021-ci ilin mart ayında “Bridge Oracle” kriptovalyuta layihəsinin yaradıcısı Sina Estavi onu 2.91 milyon dollara alıb, 2022-ci ilin aprelində isə layihə 14.969 ETH və ya təxminən 48.3 milyon dollara satışa çıxarılıb.

Mart ayında ABŞ Federal Ehtiyat Sistemi 2018-ci ildən bəri ilk dəfə uçot dərəcəsini 25 baza bəndi artıraraq illik 0.25-0.5%-ə çatdırıb.

2021-ci ilin fevralında Taleb kriptovalyutadan “soyuduğunu” deyib. “Mən bitkoinləri satacağam. Niyə? Valyuta heç vaxt alına və ya satıla biləcəyindən daha dəyişkən olmamalıdır. Siz malların qiymətini bitkoinlə təyin edə bilməzsiniz”, – deyə Nassim Taleb söyləyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər