6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı: Palatanın maliyyə sektorunda müdaxiləsinin getdikcə artması inkişafi əngəlləyir

Parlamentin plenar iclasının gündəliyindən çıxarılan “Banklar haqqında” qanuna dəyişiklik layihəsi gündəliyə yenidən daxil edilib.

Qanuna edilməsi nəzərdə tutulan bu dəyişikliyin məqsədəuyğun olmaması barədə ötən ay bir sıra ekspertlər münasibət bildirmişdi. İndi məlum olur ki, layihə gündəliyə yenidən daxil edilib.

İqtisadçı-ekpert Samir Əliyev fikrincə, müstəqil və qrup marağından çıxış etməyən ekspert bu addımı müsbət qiymətləndirə bilməz.

O, bildirir ki, ilk baxışdan əhali üçün cəlbedici görünən bu təşəbbüs gələcəkdə əhalinin özü üçün çətinlik yaradacaq: “Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə sektoruna müdaxiləsinin getdikcə artması tendensiyası isə maliyyə sektorunun inkişafını əngəlləyəcək. Ümid edirəm parlament, xüsusən də iqtisadçı millət vəkilləri bu qərarı dəstəkləməyəcək.”

Son xəbərlər
Digər xəbərlər