26 C
Baku
Sunday, April 28, 2024

İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradıla bilər

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin təsis sənədini hazırlayaraq onu müvafiq dövlət orqanlarına rəy və təkliflərin təqdim olunması məqsədilə göndərib.

Bunu İnstitutun İdarə Heyətinin sədri Mahir Hümbətov ötən ilin yekunları və qarşıdakı hədəflərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin deyib ki, Azərbaycanın İƏT-in III Beyin Mərkəzləri Forumuna ev sahibliyi etmək niyyəti barədə üzv dövlətlərin nümayəndələri ilə əldə edilmiş razılığa əsasən bu ilin IV rübündə Bakıda sözügedən tədbirin təşkil olunması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər