11 C
Baku
Wednesday, December 11, 2024

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ili zərərlə başa vurub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ili 684 min manat zərərlə başa vurub ki, bu da illik müqayisədə 15% azdır. 2019-cu ildə isə Mərkəzin zərəri 803 min manat olub.

Banker.az bu barədə İİTKM-in maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə qurumun əsas əməliyyat gəlirləri 480 min manat, sair əməliyyat gəlirləri 14.5 min manat, əmək haqqı, ezamiyyət və işçilərin mükafatlandırılması üzrə xərcləri 497 min manat, sosial sığorta ayırmaları və işsizlikdən sığorta 112 min manat, amortizasiya xərcləri 407 min manat, inzibati, təsərrüfat və sair xərcləri 169 min manat təşkil edib.

Ötən il  İİTKM-nın aktivləri 6.533 milyon manat olub ki, bu əvvəlki ilin eyni dövrünə nisbətən 10% azalma deməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin cəmi öhdəlikləri 49 dəfə azalaraq 46 min manata düşüb, cəmi kapitalı isə 30,2% artaraq 6.487 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər