17 C
Baku
Sunday, May 19, 2024

İqtisadi uğur qazanmış diktatorlar: Çan Kayşi

İqtisadiyyatın inkişafı müəyyən dövlərdə birbaşa olaraq ayrı-ayrı şəxslərlə bağlı olmuşdur. Bir çox ölkələr vətənlərinin inkişafını məhz bu diktatorlara borclu olmuşlar.

Banker.az saytı olaraq öz dövlətinin iqtisadi artımına nail olmuş əcnəbi diktatorları və onların buna nail olma üsullarını təqdim edir:

Çan Kayşi, Tayvan (1949-1975)

Çan Kayşi – bəlkə də müxtəlif ərazilərdə hökmranlıq etmiş yeganə diktatordur. O 1927-ci ildən 1949-cu ilə qədər Çin respublikasının lideri olsa da, Kommunist partiyasının vətəndaş müharibəsində qalib gəlməsi nəticəsində Kayşi Milli xalq partiyasından olan tərəfdaşları ilə birgə Tayvana gedir. Rəhbər Tayvanda hər şeyi sıfırdan başlamalı olur. Kayşi tək materikdə iqtisadi modernləşdirmə həyata keçirmək istəyirdi, lakin o Tayvanda daha əhəmiyyətli nailiyyətlərə nail olur. Bunun bir hissəsi olaraq o ölkədə hərbi rejim yaradır və müxalif fəaliyyəti qadağan edir.

Kayşi adada ilk iş olaraq aqrar islahatlara başlayır: kəndlilər kreditlə hissə-hissə torpaq sahələri əldə edirlər. Bununla eyni zamanda özəlləşdirmə də həyata keçirilir. Torpaq mülkiyyətçiləri itirilmiş torpaq əvəzinə dövlət müəssisələrindən səhm əldə edirdilər.

Kənd təsərrüfatı gəlir gətirməyə başladıqda Kayşi sənayeni inkişaf etdirməyə başlayır. Bu zaman bir çox sahələr dövlətin nəzarətində qalır, bir hissəsi isə bazarlara verilir. Tayvanda kiçik biznes materikdən gəlmiş, burada “ailə biznesi” açmış və hökumətdən müavinət almış mühacirlər sayəsində fəal şəkildə inkişaf edir. Bu da öz növbəsində rəqabət mühitini genişləndirirdi və 1960-cı ildə Tayvan dünya bazarlarına çıxdıqda tayvanlı sahibkarlar ABŞ və Yaponiya kimi iqtisadi nəhənglərlə rəqabət apara bilirdi.

Tayvanda indi də yüksək iqtisadi templər nəzərə çarpsa da, ölkədə Kayşi fiquru populyarlıqla istifadə olunmur. 2007-ci ildə isə rəhbərin dəfn edildiyi mavzoley bağlanılır. Əvvəllər isə Tayvan rəhbərliyi Çan Kayşini diktator elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər