16 C
Baku
Wednesday, April 17, 2024

İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

Prezident İlham Əliyevin bu gün nizamnaməsini təsdiqlədiyi İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 4 istiqamətdə fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, bunlar aşağıdakılardır:

– müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək;

– iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək;

– iqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

– bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Son xəbərlər
Digər xəbərlər