10 C
Baku
Thursday, December 12, 2024

İqtisadiyyat Naziri Çin şirkətlərini Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Minlə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Çin şirkətlərini ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib.

 

Son xəbərlər
Digər xəbərlər