“Koronavirus (COVID-19) pandemiyası sənaye sektorunu əhatə etsə də, ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib”
Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.
Onun sözlərinə görə, bu səbəbdən həmin fəaliyyət sahələrinə dövlət dəstəyi nəzərdə tutulmayıb.
“Pandemiyanın təsirində olan digər sektorlar ticarət, xidmət və nəqliyyat sektorlarıdır. Ticarət sektoru üzrə dəstək veriləcək fəaliyyət sahələrinə topdan və pərakəndə satış aiddir, amma burada da ərzaq və dərman satışı istisna edilib. Xidmət sektoruna gəlincə, bura turagentlər, turoperatorlar, otellər və bu tipli yerləşmə vasitələri, hazırlıq kursları və uşaq hazırlıq mərkəzləri aiddir. Nəqliyyat sektoruna isə şəhərdaxili və şəhərətrafı sərnişindaşıma, o cümlədən taksi fəaliyyəti də daxildir”, – o qeyd edib.