9 C
Baku
Thursday, December 12, 2024

İqtisadiyyat üzrə Nobel laureatı: “Bir ton pul üstündə oturan varlılara stimul verirsiniz”

İqtisadi Elmlər üzrə Nobel Mükafatı ilə təltif olunan iqtisadçı Abhijit Banerjee, tələbi stimullaşdırmaq üçün vergiləri artırmağa çağırır, bu haqda Bloomberg yazır. Mütəxəssisin fikrincə, investisiyaları stimullaşdırmaq üçün vergilərin azaldılması ehtiyacı, biznes nümayəndələrinin icad etdiyi mifdir.

Banker.az xəbər verir ki, “Siz bir ton pul üstündə oturan varlılara stimul verirsiniz, – deyə iqtisadçı vurğulayır. Qeyd edək ki, bir çox ölkələr biznesin inkişafını vergilərin azaldılması yolu ilə stimullaşdırmağa çalışırlar (Çin, Hindistan).

Demokratların müzakirəyə çıxardığı digər məsələlərdən biri isə varlılar üçün vergi olmuşdur. 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürən Berni Sanders, qalib gəldiyi təqdirdə varlıların mülkünü azaldacaq vergilər tətbiq etməyi vəd edib.

Abhijit Banerjee hesab edir ki, inkişaf etmiş ölkələrində olan bərabərsizlik, insanların qəzəbinə səbəb oldu və nəticədə beynəlxalq ticarət sahəsində gərginlik yaşandı.

Xatırladaq ki, bu yaxınlarda Abhijit Banerjee, onun həyat yoldaşı Esther Duflo və Michael Kremer İqtisadi Elmlər üzrə Nobel Mükafatı ilə təltif olunublar.

 

Son xəbərlər
Digər xəbərlər