8 C
Baku
Thursday, December 12, 2024

İrəvan Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsinə razılıq verib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşün keçirilməsinə dair ABŞ dövlət katibi Antoni Blinkenin təklifinə razılıq verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mirzoyan dekabrın 7-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar”, – deyə məlumatda bildirilir.

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində son hadisələr, eləcə də sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib.

“Ermənistan tərəfi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair ABŞ dövlət katibi Antoni Blinkenin təklifinə müsbət cavab verib”, – deyə məlumatda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər