Ermənistanın 29 yaşlı sakini paytaxt İrəvanda Rusiyanın “VTB” bankını balta ilə qarət etməyə çalışıb.
Banker.az Azvision-a istinadla xəbər verir ki, bu barədə İrəvanın Arabkir polis bölməsi məlumat yayıb.
Qeyd olunub ki, bu gün günorta saat 13:50 radələrində “VTB” bankın Baqramyan prospektindəki filialına balta ilə silahlanmış şəxsin hücum etməsi barədə polis böməsinə məlumat daxil olub. Bankda xidmət keçən polis əməkdaşı bölmədən operativ qrup göndərilənədək baltalı şəxsi zərərsizləşdirə bilib.
Hazırda hücum edən 29 yaşlı sakin həbs olunub. Onun bu addımının səbəbi barədə mlumat verilmir. Faktla bağlı araşdırma davam edir.