13 C
Baku
Friday, April 19, 2024

İran Azərbaycanda pambığın alışını azaldır, Türkiyə artırır

Azərbaycan 2021-ci ilin ilk 9 ayı ərzində xaricə ixrac xam pambığın həcmini illik müqayisədə 58% artımına nail ola bilib. Bu məhsul hazırda qeyri-neft məhsulu kimi ölkəyə ikinci ən böyük valyuta gətirəndir.

Banker.az xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində 95 768 ton həcmində pambıq ixrac edilib. Bu öncəki ildə 60 726 ton idi.

Cari ilin müvafiq dövründə daramaya məruz qalmamış pambığın ixracından 149.55 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da illik müqayisədə 80.7% artmışdır.

Azərbaycanın pambığın 96.3%-ni (öncəki ilin müvafiq dövründə 92% idi) Türkiyə Respublikasına ixrac edib. Belə ki, 92 259 ton həcmində daranmaya məruz qalmamış pambıq lifi ixrac edib ki, bunun da satış dəyəri 144.83 milyon dollar olmuşdur. Türkiyəyə ötən il ortalama 1.34 dollar/kq ilə ixrac edilən pambıq bu il 1.57 dollar/kq-ya qaldırılıb.

İran isə Azərbaycan pambığının alışında bu il maraqsız görünür. Ölkənin cənub qonşusu 3 488 tonluq pambıq alıb ki, bunun da ixrac dəyəri 4.68 milyon dollar təşkil edib.  İran İslam Respublikası cari ilin ilk 9 ayında Azərbaycandan aldığı xam pambıq məhsulunu 28% azaltmalı olub. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan 4 868 ton, yaxud 7.47 milyon dollar təşkil edirdi.

Bir məlumatı da qeyd etməliyik ki, Azərbaycan ötən il ortalama 1.53 dollar/kq ilə satdığı pambıq lifini bu il 1.34 dollar/kq dəyərində satıb.

2018-ci ilin ilk 9 ayında Azərbaycan İrana 1 865 ton, yaxud 3.36 milyon dollar, 2019-cu ildə isə 6 458 ton, yaxud 9.93 milyon dollar olmuşdu.

Son xəbərlər
Digər xəbərlər