4 C
Baku
Friday, March 29, 2024

İran G7 sammitinin yekun bəyannaməsinin bəzi hissələrini qınayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Almaniyada keçirilən G7 sammitinin son bəyanatına münasibət bildirib.

Banker.az bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir.

Almaniyada keçirilən G7 sammitinin yekun bəyannaməsi ilə bağlı Kenani deyib: “Biz G7 liderlərinin yekun bəyannaməsinin İran İslam Respublikasına qarşı olan hissələrini şiddətlə qınayırıq”.

Kenani iddia edib ki, G7-nin bəyanatı ABŞ-ın nüvə sazişini və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmasına və İran xalqına qarşı maksimum qeyri-qanuni sanksiyalar tətbiq etməsinə qəsdən məhəl qoymur.

XİN sözçüsü Kenani açıqlamasını belə davam etdirib:

“Bəyanatı dərc edənlər İran xalqına qarşı qeyri-qanuni transsərhəd sanksiyalar siyasətini davam etdirərək və ya buna qarşı hərəkətsizlik edərək, mövcud münaqişənin formalaşmasında ən böyük paya sahibdirlər və müxtəlif üsullarla və bilərəkdən bu yanlış siyasətdə israr etməkdə davam edirlər”.

Qeyd edək ki, İranın nüvə proqramına diqqət yetirilən G7 bəyannaməsində belə deyilirdi: “Biz İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi ilə bağlı açıq öhdəliyimizi bir daha təkrar edirik. İranın nüvə proqramını məhdudlaşdırmağın ən yaxşı yolu diplomatik həll yolu olaraq qalır”.

Son xəbərlər
Digər xəbərlər