6 C
Baku
Sunday, December 15, 2024

İran İraqla sərhədi bağlayıb

İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi bildirib ki, İran hakimiyyəti İraqla sərhəddə keçid məntəqələrinin işini dayandırıb. Bu qərar Bağdadda başlayan iğtişaşlar fonunda verilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İran səfirliyi öz vətəndaşlarından Bağdada, eləcə də Kazımiyyə və Samarra şəhərlərinə səfərdən çəkinməyi xahiş edib. İranın İmam Xomeyni Beynəlxalq Hava Limanı bəzi aviaşirkətlərin də İraq paytaxtına uçuşları ləğv etdiyini açıqlayıb.

Şiə imam Müqtəda əs-Sədrin tərəfdarları İraq hökumətinin Bağdaddakı qərargahına basqın etməyə cəhd ediblər. Həmin gün İraq təhlükəsizlik qüvvələri parlament binasına nəzarəti bərpa edə bilib. Qarşıdurmalar zamanı 30-dan çox adam ölüb, 700-ə yaxın insan yaralanıb. BMT-nin baş katibi Antonio Quterreş İraqdakı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər