İsrailə qarşı başqa cəbhələrin açılması hələ də mümkündür.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“İsrailin fələstinlilərə qarşı davam edən təcavüz və müharibə cinayətləri, eləcə də Qəzzanın blokadası fonunda İsrailə qarşı başqa cəbhələrin açılması ehtimalı mövcuddur”, – nazir Beyruta səfəri zamanı “Al Mayadeen”-ə verdiyi şərhdə vurğulayıb.
Onun sözlərinə görə, islam dövlətləri “İsrailin törətdiyi cinayətlərə dözməməlidir”. İranlı nazir “mülki əhalinin su və elektrik enerjisindən məhrum edilməsini, həmçinin Qəzzanın yaşayış məntəqələrinin davamlı olaraq bombalanmasını” müharibə cinayəti adlandırıb.
Abdullahian əlavə edib ki, İran “Fələstin müqavimətinə siyasi və informasiya dəstəyi verməyə davam edir”. O vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı arasında “Fələstinə dəstək üçün ümumi strategiyanın bir hissəsi kimi koordinasiya mövcuddur”.