22 C
Baku
Thursday, April 25, 2024

İran kriptovalyutaların mayninqini qanuniləşdirir

İran hökumətinin iqtisadi komissiyası kriptovalyutaların mayninqini rəsmi olaraq təsdiq edib. Ölkə mədən təsərrüfatını daxili qanunvericiliyə uyğunlaşdırmağa çalışır.

Banker.az xəbər verir ki, bu haqda İranın ticarət, dağ-mədən və kənd təsərrüfatı sənaye palatasının mesajında deyilir (ICCIMA).

Kriptovalyutaların mayninqi mexanizmi hökumətin iqtisadi komissiyası tərəfindən təsdiq edilib və bir qədər sonra Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək”, – deyə İran Mərkəzi Bankının rəhbəri Abdolnaser Hemmati bildirib.

İranın enerji nazirinin müavini Homayun Khaeri, yaxın gələcəkdə hökumət nazirlərinin mayninq fermalarına münasibətdə elektrik enerjisinin ixrac tariflərinin tətbiq edilməsi planına dair müzakirə keçirəcəyini və səs verəcəyini söyləyib.

Son aylarda İran mayninq fermalarını məhdudlaşdırır, çünki bir çox insan ölkədə elektrik enerjinin ucuz olması səbəbindən kriptovalyuta əldə etməyə çalışır.

Mərkəzi Bank yanvarın sonlarında daxili ödəmələrdə kriptovalyutaların istifadəsini qadağan etməyi tövsiyə edib.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, İran xalqı getdikcə çətinləşən iqtisadi şərtlərlə və demək olar ki, maneəsiz inflyasiya ilə üzləşdiyindən, çoxları ya qızıl, ya da böyük miqdarda kriptovalyuta almaq məcburiyyətində qalırlar.

Eyni zamanda İran kriptovalyutalardan beynəlxalq sanksiyalardan qaçmaq məqsədilə istifadə etməyi planlayır. Yanvar ayının sonunda hökumət PayMon kriptovalyutasının yaradılmasına icazə vermişdir.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər