1 C
Baku
Saturday, December 14, 2024

İran Mərkəzi Bankının sədri vəzifəsindən azad edilib

İran prezidenti Həsən Ruhani Mərkəzi Bank rəhbəri Abdolnaser Hemmatini istefaya göndərib. Banker.az xəbər verir ki bu barədə “Mehr” agentliyi məlumat verib.

Bildirildiyi kimi, Mərkəzi Bank rəhbəri vəzifəsinə daha əvvəl Büdcə Planlaşdırma Təşkilatının rəhbərinin müavini vəzifəsində çalışan Həmid Pormohammadi təyin edilib.

Xatırladaq ki, 25 mayda İran Konstitusiya Qəyyumları Şurası 18 iyun seçkilərində prezidentliyə namizəd olaraq iştirak edə biləcək yeddi namizədin adlarını açıqlayıb. 27 mayda İranın ruhani lideri Əli Hamenei seçki kampaniyasına qəbul edilmiş namizədlərin təsdiqlənmiş siyahısını dəstəkləyib.

Hal-hazırda seçki yarışmasında qərarların məqsədəuyğunluğu Şurasının katibi Mohsen Rezai, Ali Məhkəmənin sədri Ebrahim Raisi, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, Məclis sədrinin müavini Əmir Hüseyn Kazizadə Haşimi, Məclisin millət vəkili Alireza Zakani, İranın keçmiş vitse-prezidenti Mohsen Mehralizadeh və Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnaser Hemmati iştirak edir.

Son xəbərlər
Digər xəbərlər