21 C
Baku
Thursday, April 25, 2024

İran Milli Bankının Bakı filialının fəaliyyəti niyə məhdudlaşdırıldı?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bəs bankın əsas göstəriciləri necədir?

İran Milli Bankının Bakı flialının cari ilin birinci rübündə faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 115.2 min min manat, faiz xərcləri isə cəmi 59.1 min manat azalıb.

Keçən ilin birinci rübü ilə müqayisədə bankın inzibati xərcləri 54.2 min, xalis mənfəəti isə 352.4 min artıb.

Müqayisə dövründə bankın aktivləri 12.9 milyon artsa da kredit portfeli 900 minə yaxın kiçilib.

Qeyd edilən dövr ərzində İran bankının öhdəlikləri 20 faizə yaxın və ya 10.6 milyon manat artıb.

Bankın cəmi kapitalı isə 6.2 %, yaxud 2.2 milyon manat çoxalıb. Birinci rüb üzrə məcmu kapital 54.6 milyon manatdır və bu, Mərkəzi Bankın təyin etdiyi minimal rəqəmə (50 milyon) çox yaxındır. Müqayisə üçün “Günay Bank” bağlanan zaman məcmu kapitalı 64.3 milyon manat olub.

adadadadadadadaada

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər