27 C
Baku
Saturday, July 27, 2024

İran nüvə proqramı üçün Rusiyadan yardım istəyib

İran nüvə proqramının dəstəklənməsi məqsədi ilə Rusiyadan yardım istəyib.

Bu barədə CNN-ə ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmiləri bildirib.

Qeyd olunub ki, Tehran Qərblə uzunmüddətli nüvə razılaşmasının əldə edilməyəcəyi təqdirdə işə salacağı əlavə plan axtarışındadır.

Kəşfiyyatın məlumatına görə, İran Rusiyadan əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün yardım istəyib.

Qeyd olunub ki, yanacaq İranın nüvə reaktorlarını işlətməyə yardım edərək potensial olaraq bu ölkənin nüvə silahı yaratması üçün lazım olan vaxtı qısalda bilər.

Əlavə olunub ki, Rusiyanın yardım etməyə razı olub-olmaması aydın deyil və Kreml zahirən İranın nüvə silahı əldə etməsinə qarşı olub.

Son xəbərlər
Digər xəbərlər