12 C
Baku
Friday, March 29, 2024

İran nüvə obyekti üçün yeni böyük tunel şəbəkəsi qazır

İran Nətənzdəki nüvə obyektindən cənubda yeni böyük tunel şəbəkəsi qazır.

Bu məlumat ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Məlumata görə, tezliklə orada, dağın içində uranın zənginləşdirilməsi üzrə zavodun ərazisi bu tunellər hesabına genişləndiriləcək.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası bir ildən artıqdır ki, bu şübhəli obyekti izləyir. Orada sentrifuqlar yenisi ilə əvəz ediləcək. İnformasiyaya əsasən, Cozef Bayden Yaxın Şərqə səfəri zamanı İrana qarşı iddiaları reallaşması üçün düyməni hələ basmayacaq.

İsrail mənbələrinin dəyərləndirməsinə görə, İrana uranın böyük miqdarda zənginləşdirilməsini təmin etmək məqsədi ilə çoxlu sayda sentrifuqları artıq quraşdırıb.

Qeyd edək ki, İslam Respublikası nüvə obyetklərindəki Atom Enrejisi üzrə Beynəlxalq Agentliyinin 27 kamerasını bağlayıb. Ona görə də uranın zənginləşdirilməsinə nəzarat etməkdə çətinlik yaranıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər