Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İran hökuməti ilə danışıqlar aparıb.
Bu barədə təşkilatın saytında məlumat yayılıb.
Görüş zamanı Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə sazişin bərpası imkanları müzakirə edilib.
İran tərəfi BAEA-yə nüvə obyektlərinin yoxlanılması və monitorinqinə icazə verməyə razılaşıb. İran üç nüvə obyektinə giriş icazəsi verib. Tərəflər yaxın vaxtlarda Tehranda keçiriləcək görüşdə gələcək əməkdaşlıq şərtlərini müzakirə edəcəklər.