İran İslam Respublikasının silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı vəziyyətin gərginləşməsi fonunda sərhədlərinin mühafizəsini gücləndirir.
Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.
“Azərbaycan və Ermənistan arasındakı toqquşmalar fonunda İranın silahlı qüvvələri müdafiə xətlərini gücləndirərək, ölkənin sərhəd bölgələrində yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, – mesajda bildirilir.
Qeyd edək ki, İran və Ermənistanla həmsərhəd olan ərazilər vaxtaşırı atışmalara məruz qalır. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, son dəfə belə bir hadisə oktyabrın 21-də baş verib.