34 C
Baku
Thursday, June 20, 2024

İran səfiri: Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi yalnız Azərbaycanın qanunları ilə tənzimlənməlidir

İranın prinsipial mövqeyi daima belə olub ki, Qarabağ Azərbaycanındır.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb.

“Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır”, – səfir qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər