Banker.az Associated Press nəşrinə istinadən xəbər verir ki, İran Fransanın Total və Çin neft şirkəti ilə qaz yataqlarının inkişaf etdirilməsi ilə bağlı 5 milyard dollar dəyərində müqavilə imzalayıb.
Agentliyin verdiyi məlumata görə, bu 2015-ci ildə sanksiyalar ləğv edildikdən bu günə qədər olan ilk iri məbləğli müqavilədir.
Burada söhbət İranın Qətər ilə paylaşdığı Cənub Fars sahil yatağından gedir. Ölkə rəhbərliyinin gözləntilərinə əsasən, müqavilə nəticəsində qaz hasilatı 540-dan 600 milyon kub metrə qədər artacaq.
Qaz yatağının sənaye istismarına 2020-ci ildən başlanacağı gözlənilir.