9 C
Baku
Friday, December 13, 2024

İran və Avrasiya İqtisadi Birliyi azad ticarət sazişi imzalayacaq

İran və Avrasiya İqtisadi Birliyi 2023-cü ilin sonuna kimi azad ticarət sazişi imzalayacaq.

Belarusun rəsmi xəbər agentliyi İran və Avrasiya arasında azad ticarət sazişinin hazırlanmasının yekunlaşdığını və bu ilin sonuna kimi imzalanacağını açıqlayıb.

Bununla bağlı proqram Avrasiya İqtisadi Komissiyasının oktyabrın 20-də keçirilən iclasında açıqlanıb.

Avrasiya İqtisadi Komissiyasının iclasının gündəliyinə beynəlxalq əməkdaşlıq, texniki əməkdaşlıq, gömrük əməliyyatları və tariflər sahəsi daxil olmaqla 33 müzakirə mövzusu daxil edilib.

Görüşdə Belarus Baş nazirinin müavini İqor Petruşenko da iştirak edib.

Son xəbərlər
Digər xəbərlər