14 C
Baku
Friday, May 17, 2024

İran və BƏƏ prezidentləri görüşəcək

İran prezidenti İbrahim Rəisi Birləşməş Ərəb Əmirlikləri prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşəcək.

Bu barədə İran İslam Şurasının (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rezazadə ISNA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani BƏƏ-yə səfəri zamanı Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşdə İran prezidentinin BƏƏ prezidenti ilə görüşməsi baraədə razılığa gəliblər.

“Görüş yaxın vaxtlarda İranda və ya BƏƏ-də baş tutacaq”, – o qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər