Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq sazişi imzalanacaq.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.
O qeyd edib ki, bu müqavilənin imzalanması ilin sonuna qədər baş tutacaq.
Nazir Qərb ölkələri ilə danışıqlarda müzakirə olunmayan məsələləri də diqqətə çatdırıb.
“Süleymaninin öldürülməsində iştirak edən 60 nəfərin adının İranın “Qara siyahısı”ndan çıxarılması tələbləri ilə üzləşdik və bu, əsassız addımdır və biz onları əmin etdik ki, bu, qırmızı xəttdir”, – Abdullahian əlavə edib.