6 C
Baku
Saturday, December 14, 2024

İran və Rusiya təyyarə istehsalı üzrə birgə layihələr həyata keçirəcək

“İran və Rusiya aviasiya sahəsində əməkdaşlığı nəzərdən keçirir, təyyarə, helikopter istehsalı, eləcə də hava nəqliyyatına texniki xidmətin təşkili üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır”.

Bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənuçöhr Manteqi bildirib.

Tehran və Moskva arasında birgə layihələrin müzakirəsi dekabrın 13-dən 16-dək Fars körfəzinin Kiş adasında keçirilən 11-ci İran Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində keçirilir.

“11-ci İran Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində İran və Rusiyanın aviasiya sənayeləri arasında kommersiya təyyarələrinə texniki xidmət və təmirin təşkili, 100-150 nəfərlik tutumlu təyyarələrin istehsalı sahəsində əməkdaşlıq, Rusiyanın təyyarə istehsalçıları, həmçinin İranda 70-100 nəfərlik təyyarələrin və Ka-226 helikopterlərinin layihələndirilməsi və istehsalı sahəsində əməkdaşlıq daxildir”, – deyə Manteqi bildirib.

Son xəbərlər
Digər xəbərlər