İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı ilə görüşdə maraqlı hadisə yaşanıb.
İran XİN başçısı Aleksandr Şallenberqlə görüşdə koronavirus infeksiyasını lağa qoyub.
“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”. – o qeyd edib.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.
©Report