Tehran Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır.
Bu barədə çərşənbə axşamı İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani bildirib.
O, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə açıq debatda deyib:
“Bizim regionda sülh və sabitliyə sadiqliyimiz dəyişməz olaraq qalır. İsrailə açıq dəstək verməklə münaqişəni gərginləşdirən ABŞ-dir”, – deyə o bildirib.
Daimi nümayəndə bildirib ki, bunun əvəzi günahsız fələstinlilərin həyatı bahasına başa gəlir.