2 C
Baku
Saturday, December 14, 2024

İranda 10 MVt-lıq tədqiqat reaktorunun tikintisinə başlanılıb

İranın İsfahan əyalətində 10 MVt-lıq tədqiqat reaktorunun tikintisinə başlanılıb.

Tədqiqat reaktorunun tikintisinin təməlqoyma mərasimində İranın Atom Enerjisi təşkilatının sədri Məhəmməd İslami və digər rəsmilər iştirak edib.

Məlumata görə, bu reaktor yüngül su hovuzu tiplidir və yanacağı 20% zənginləşdirilmiş lövhə tipli olacaq.

Bu tədqiqat reaktorunun ən mühüm istifadə sahələri arasında nüvə yanacağı materiallarının sınaqdan keçirilməsini, tibbi və sənaye radioizotoplarının istehsalını, neytron şüalarının tədqiqatı və tətbiqinin inkişafını qeyd etmək olar.

Qeyd olunub ki, bu reaktorun layihələndirilməsi və tikintisi İranın nüvə sənayesi alimlərinin səyləri ilə tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər