9 C
Baku
Thursday, December 12, 2024

İranda bank rəhbərləri kütləvi istefa verir

İranda bir neçə iri bankın rəhbəri könüllü istefa verib və ya direktorlar şurası tərəfindən tutduğu vəzifədən azad edilib.

Agentlik İSNA-ya istinadən xəbər verir ki, buna səbəb ölkədə yüksək vəzifəlilərin gəlirlərinin çoxluğuna qarşı keçirilən kampaniyadır.

Məlumata görə, İranın üç böyük bankının – “Mellet”, “Saderat” və “Qarsolhasan-e mehr”in rəhbəri istefa verib.

Xəbərdə bildirilib ki, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei dövlətin bir sıra strukturlarında çalışan məmurları “astronomik məbləğdə əmək haqqı” aldıqlarına görə tənqid edib. Ötən həftə isə o, ölkə prezidenti Həsən Ruhaniyə məsələni araşdırıb, xalqa məlumat verməsi haqda tapşırıq verib.

Bu məlumat KİV-də yayıldıqdan sonra yüksək maaş alan məmurların istefası artıb.

Məlumata əsasən, İranda orta aylıq əmək haqqı 400 dollar olduğu halda, dövlət şirkətlərinin rəhbərləri, nazirlik təmsilçiləri və bank rəhbərləri ayda 11,5 – 17 min dollar məbləğində maaş alırlar.

Report

Son xəbərlər
Digər xəbərlər